Əli Həsənov: ?Bələdiyyə seçkilərinə maraq digər seçkilərə nisbətdə azdır?

img

16-11-2009 [01:36]


ATƏT-in Bakı Ofisi seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair sessiyalara başlayıb. Bununla bağlı bu gün keçirilən tədbirdən sonra jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib ki, Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı Ofisinin bu tipli tədbirlər keçirirməkdə əsas məqsədi hər seçki öncəsi beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycanın seçki praktikasını bir daha təkmilləşdirmək, mövcud problemləri təhlil etmək və seçki keçirmək üçün lazımi məqamları təmin etməkdir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ə.Həsənov bildirib ki, DSK-lar, yerli icra hakimiyyəti başçıları, seçkiyə aidiyyatı olan MSK İnstitutunun nümayəndələri öz bilik və təcrübələrini seçkilərdə paylaşımalıdırlar. Ə.Həsənovun sözlərinə görə, bələdiyyələr yerli əhali üçün gərəkli bir orqan olmalarını sübut etmək üçün çox çalışmalıdırlar: ?Amma gəlin etiraf edək ki, bələdiyyə seçkilərinə maraq digər seçkilərə nisbətdə azdır. Buna baxmayaraq, bu seçki kütləviliyinə görə seçilir. Bu seçkidə namizədlərin sayı 50 minlərlə ölçülür. Onların böyük əksəriyyəti üzv seçilir. Kütləviliyi nəzərə alsaq, heç bir Azərbaycan vətəndaşı kənarda qalmır, istər seçici, istərsə də namizəd kimi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA