islamçı demokratlar Xalq Cəbhəsinin yaradılması ideyasını dəstəkləmir

img

23-11-2009 [03:35]


?Biz yeni bir Xalq Cəbhəsinin yaradılması ideyasına ciddi yanaşmırıq?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı Müstəqil İnformasiya Agentliyinə son günlər mətbuatda xalq cəbhəsinin yaradılması ilə bağlı bəzi siyasətçilərin səsləndirdiyi təkliflərə münasibət bildirərkən deyib. AİDP sədri fikrini belə əsaslandırıb: ?İslamçı demokrat olaraq belə bir fikrə gəlməyimizin bir neçə səbəbi var. Bu məsələ barədə danışarkən ilk növbədə tarixə nəzər salmalıyıq. Bəli xalq hərəkatı 20 il bundan əvvəl effektli idi. İstər Azərbaycanda, istərsə də keçmiş SSRİ-nin digər respublikalarında yaranmış xalq hərəkatının məqsədi-məramı bolşevizmin ortadan qalxmasına, müstəqillik əldə olunmasına köklənmişdi. Məhz bu səbəbdən də kütlə bütövləşmişdi. İndi situasiya fərqlidir. İndiki situasiyanı dəyərləndirməmişdən öncə, onu da qeyd etmək lazımdır ki, xalq hərəkatında yol verilmiş səhvlər, xüsusilə də öndə olan şəxslərin xalq hərəkatını demokratik hərəkata çevirə bilməməsi, həmçinin xalq hərəkatının sıralarından çıxmış şəxslərin hakimiyyəti əlində saxlaya bilməməsi də (Müsafat AXCP cütlüyünün bir illik hakimiyyəti nəzərdə tutulur-red) bu ideyanın yenidən gündəmə gəlməsinə və reallaşmasına mane olur. Əsas səbəblərdən biri də odur ki, yeni bir xalq hərəkatının başlanmasını təkid edən şəxslər və qüvvələr son 20 il ərzində dəfələrlə siyasi uğursuzluğa düçar olanlardır. İndiki situasiyaya gəlincə, qeyd etməliyəm ki, ötən müddət ərzində ələnmə prosesi getməyib, xalqı arxasınca aparacaq, xalqın sözünü deyə biləcək qüvvələr deyil, kimlərəsə sərf edən qüvvələr meydanda qalıb. Bu qüvvələr də parçalanıb. Həm də parçalanmalar şəxsi maraqlar, ambisiyalar üzündən baş verib?. T.Abbaslının fikrincə, yaxın tarixi təcrübəni də unutmaq olmaz: ?Dəfələrlə bloklar, ittifaqlar yaranıb. Amma dağılıb. Bu da həmin birliklərin hakimiyyətin və xarici qüvvələrin sifarişi əsasında yaranmasından. Şəxsi maraqlar üzərində qurulmasından qaynaqlanıb. Bu mənada biz belə bir ideyanın gerçəkləşəcəyinə inanmırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA