Bələdiyyə seçkilərində namizədliyin qeydə alınması üçün sənədlərin təqdim edilməsi müddəti bitdi

img

13-11-2009 [09:06]


Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilmə müddəti bu gün saat 18.00-da başa çatıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu vaxta qədər 1718 bələdiyyə üzrə 35 076 nəfərin namizədliyi təsdiq edilib. Namizədliyi təsdiqlənmiş şəxslərin 34 699 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb, həmin şəxslərdən 32 032 nəfəri isə namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 28 515 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınmış namizədlərin 14 506 nəfəri ali təhsilli şəxslər, 5900-u qadınlardır. Namizədlikləri qeydə alınan şəxslərdən 9253 nəfəri bitərəfləri, digərləri isə 30 siyasi partiyanı təmsil edirlər. 22 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Bu partiyalardan 19-nun irəli sürdüyü namizədlər DSK-lar tərəfindən qeydə alınıb. Qeyd edək ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA