Mübariz Mənsimov ?Beziktaz?ın vitse-prezidentliyindən imtina etdi

img

12-11-2009 [03:14]


Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov ?Beşiktaş? klubunun idarəçilərindən biri olmaqdan imtina edib. Qol.Az-ın Türkiyənin ?Sabah? qəzetinə istinadən verdiyi məlumata görə, M.Mənsimov ?Beşiktaş?ın birinci vitse-prezidenti vəzifəsində köməkçisi Əlaattin Aykaçı görmək istədiyini söyləyib. Bu barədə Mənsimov ona vitse-prezidentlik təklifi edən ?Beşiktaş?ın prezidenti Yıldırım Demirörənə bildirib. Xatırladaq ki, gələn ilin yanvarında ?Beşiktaş?ın prezidentliyinə keçiriləcək seçkilərdə Mübariz Mənsimov hazırkı prezident Yıldırım Demirörənə dəstək olacağını söyləyib. Bundan sonra Dəmirörən Mənsimova ?Beşiktak?ın birinci vitse-prezidenti vəzifəsini təklif edib. Amma Mübariz Mənsimov ?Beşiktaş?ın idarəçiləri arasında çalışmasının mümkün olmadığını söyləyib. Bununla belə, M.Mənsimov bundan sonra da ?Beşiktaş?a maddi və mənəvi köməyini əsirgəməyəcəyini bildirib. Yayılan digər məlumata görə, ?Beşiktaş?ın prezidentliyinə digər namizəd Murak Aksu da Mübariz Mənsimova idarəçilər sırasında yer almağı təklif edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA