Gənclər və idman Nazirliyində iran prezidentinin müzaviri ilə görüz olub

img

26-10-2009 [03:33]


?Əlaqələrin pozulmasına cəhd göstərildiyi bir dövrdə bu səfəri çox təqdirə layiq hal kimi kimi qiymətləndirirəm?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevlə görüşü zamanı İran İslam Cumhuriyyəti Prezidentinin müşaviri və Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri cənab Mustəfəvi bildirib. Qonağı salamlayan İntiqam Babayev Azərbaycan gənclər siyasəti, bu sahədə görülən işlər haqda məlumat verdi. Daha sonra nazir müavini gənclər arasında qurulan sız əlaqələrin ölklərin gələcək münasibətlərində böyük rol oynadığını diqqətə çatdırdı. İntiqam Babayev hələ 2007-ci ildə İranın gənclər üzrə nümayəndə heyətinin Bakıya səfər etdiyini, əlaqələrin möhkəmləndirilməsi istiqamətində bir sıra danışıqların aparıldığını və 2009-cu ilin aprel ayında Gənclər və İdman Naziri Azad Rəhimovun İrana səhər etdiyini və bu əsnada ?Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikası Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair Memorandum? un imzalandığını bildirmişdir. İntiqam Babayev : ?Son 3 ildə Gənclər və İdman Nazirlyinin təşkil etdiyi beynəlxalq tədbirlərdə daim İran gəncləri də öz aktivliyi ilə seçilib. Mən hər iki ölkənin gənclər təşkilatları arasında sıx əməkdaşlıqların qurulmasının və gənclərin qarşılıqlı səfərlərdə daha fəal iştrakının mühümlüyünü bir daha qeyd etmək istərdim?. Nazir müavini eyni zamanda Azərbaycan və İranın sərhədyanı ölkə olduqlarını bildirərək, bu ərazilərdə yaşayan gənclərin də tez ?tez görüşüb, müxtəlif layihələr keçirə biləcəyi, eyni zamanda İran və Azərbaycanda gənclər gününün gerçəkləşdirilə biləcəyi təkliflərini irəli sürdü. Öz növbəsində İran İslam Cumhuriyyəti Prezidentinin müşaviri və Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri cənab Mustəfəvi qəbul ünün təşəkkürünü bildirib, İranın Azərbaycan ilə tək gənclər və idman sahəsində deyil, digər sahələrdə də əlaqələri daha da genişləndirmək arzusunda olduğunu bildirdi. İran İslam Cumhuriyyəti Prezidentinin müşaviri və Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri cənab Mustəfəvi: ?Biz Azərbaycan qardaşlarının yanında heç vaxt özümüzü qərib hiss etmirik. 2 ölkə arasında əlaqələr nə qədər çox inkişaf edərsə, mənafe bir o qədər də çox qorunar. Sizin ölkədə aparılan gənclər siyasəti sözün əsl mənasında nümunədir və biz bu təcrübədən yararlanmaq istərdik?. Qonaq, əlaqələrin pozulmasına cəhd göstərildiyi bir dövrdə bu səfəri çox təqdirə layiq bir hal kimi qiymətləndirib, İran və Azərbaycanın QHT, İslam Konfransı ölkələrinin gəncləri arasında əlaqələri daha da möhkəmlətməyin mühümlüyünü bildirdi. İdman sahəsinə də toxunan müşavir bu sahədə qadın idmançılar arasında əlaqələrin qurulmasının önəmini diqqətə çatdırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA