Xaliq Bahadır AXCP-dəki vəzifələrindən istefa verməkdən vaz keçdi

img

12-11-2009 [02:20]


Xaliq Bahadır Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisi və Rəyasət Heyətinin üzvülüyündən istefa verməyəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə X.Bahadırın özü məlumat verib. Onun sözlərinə görə, Mirzə Sakitlə bağlı məsələ öz həllini tapdığına görə, partiyada qalıb vəzifələrini icra edəcək: ?Qənimət Zahid Mirzə Sakitlə görüşərək problemləri həll ediblər. Artıq Mirzə Sakit ?Azadlıq? qəzetində fəaliyyətini davam etdirəcək. Mənim də tələbim bu idi?. X.Bahadır onu da vurğulayıb ki, Qənimət Zahidin belə bir qərar verməsində onun tələbinin də müəyyən rolu olub. Xatırladaq ki, Xaliq Bahadır bir neçə gün öncə Mirzə Sakitə qadağanın qoyulmasını haqsız qərar sayaraq, partiyada tutduğu vəzifədən istefa verəcəyini bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA