iqbal Ağazadə Müsavatla əməkdazlığı mümkün sayır

img

07-11-2009 [12:20]


Məlum olduğu kimi, Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan Müsavatla Ümid Partiyası arasında münasibətlər hələ də gərgin olaraq qalır. Amma Ümid Partiyasının sədri İqbal Ağazadə bələdiyyə seçkilərində Müsavatın namizədləri ilə əmkdaşlığı mümkün sayır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən İ.Ağazadə bildirib ki, Müsavat Partiyası ilə son mətbuat çəkişmələrinə baxmayaraq, yerlərdə sözügedən partiyanın namizədləri ilə eyni mövqedə çıxış edə bilərlər: ?Yerlərdə Müsavat Partiyasının namizədləri ilə də, ortaq marafonda da ümumi müxalifətin qalib gəlməsi üçün ümumi platforma sərgiləyəcəyik. Bizə hansı münasibətin mövcudluğundan asılı olmayaraq, bu addımı atacağıq. Çünki bizim üçün demokratik proses maraqlıdır və demokratik prosesin də içərisində sıravi müsavatçılar kifayət qədər fədakar mövqe nümayiş etdiriblər. Biz onlar üçün də həm dairə və məntəqələrdə olan komissiya üzvlərimiz, həm müşahidəçilərimiz, o cümlədən namizədlərimiz çalışacağıq əməkdaşlıq edək. Özü də burada tək Müsavat yox, Xalq Cəbhəsi, Liberal, Demokrat, Vətəndaş İnkişaf partiyalarının nümayəndələri də var. Çalışacağıq ki, bütün bu partiyaların nümayəndələri ilə bu prosesi apara bilək?. İ.Ağazadə onu da vurğulayıb ki, müxalifətin və demokratik prosesin tələbinə uyğun olaraq, hər kəs bir addım atıb ümumən müxalifətin qalib gəlməsi üçün çalışmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA