ADP sədri Sərdar Cəlaloğlunun qardazı oğlu həbs olunub

img

11-11-2009 [04:37]


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun ailəsində 4-cü dəfə həbs reallaşdırılıb. ADP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu dəfəki həbsin qurbanı əsgəri xidmətdən yenicə mülki həyata qayıdan S.Cəlaloğlunun qardaşı oğlu Altay Süleyman oğlu Məmmədov olub. Verilən məlumata görə, bu həbs də əvvəlki həbslər kimi hakimiyyətdəki bəzi dairələrin sifarişi əsasında həyata keşirilib. Belə ki, ADP-nin öz siyasi kursunda vətəndaş həmrəyliyi istiqamətində seçdiyi siyasi xətt və ardıcıl olaraq iqtidar-müxalifət münasibətlərinin qarşılıqlı anlaşma müstəvisinə yönəltmə cəhdləri hakimiyyətdəki bəzi destablizasiya tərəfdarlarını narahat etməyə başlayıb. Məhz ölkədəki daxili gərginlikdən çirkin niyyətlə yararlanmaq istəyən bu cür pozucu qüvvələr son vaxtlar formalaşmaqda olan siyasi münasibətləri pozmaq qəsdi ilə ADP sədri S.Cəlaloğlunun qardaşı oğlunun həbsinə nail olublar. Xatırladaq ki, S.Cəlaloğlunun qardaşı tanınmış vəkil Qurban Cəlaloğlu 1998-ci ildə MTN-in ADP ətrafında hazırladığı təxribat planlarını əvvəlcədən pozduğuna görə uydurma ittihamlarla 5 il müddətinə həbs cəzasına məhkum edilib. ADP sədri S.Cəlaloğlu məlum 16 oktyabr 2003-cü il hadisələrindən dərhal sonra 4 il altı ay həbs edilib və ağır işgəncələrə məruz qoyulub. S.Cəlaloğlunun bacısı oğlu ?Hürriyyət? qəzetinin keçmiş baş redaktoru V.Məmmədov 2004-ci ildə guya ADP-ni maliyyələşdirməsi bəhanəsi adı altında həbs edilmiş və 6 ay qeyri-qanuni olaraq həbsdə saxlandıqdan sonra 3 il şərti cəza ilə azadlığa buraxılmışdır. Bundan əlavə siyasi təzyiqlər altında S.Cəlaloğlunun oğlu Tural Norveçə, digər oğlu Cəlal, Q.Məmmədovun oğlu Qoşqar və S.Cəlaloğlunun bacısı oğlu ?Hürriyyət? qəzetinin əməkdaşı Ç.Ağasıyev İngiltərəyə mühacirət etməyə məcbur olmuşlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA