Hərəkatdakı partiyalar bazqa ad altında əməkdazlıq edə bilər

img

04-11-2009 [02:43]


Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının taleyi ilə bağlı hələ də yekun qərar verilməyib. Bunun üçün hərəkata daxil olan partiya liderlərinin bir araya gəlməsi lazım olsa da, hələ də bu görüş baş tutmayıb. Hərəkata daxil olan Ümid Partiyasının sədri İqbal Ağazadə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında məsələyə fərqli münasibət bildirib: ?Təəssüf edirəm ki, Qarabağla bağlı olan məsələlərin taleyi nədənsə nisgilli olub. Deyəsən, bu hərəkatın da taleyi bir az nisgillidir. Hələ zaman var, proseslər sona çatdı,- demək də mümkün deyil. Mən hesab etmirəm ki, müttəfiqliyin və əməkdaşlığın perspektivləri arxadadır?. Ümid sədri onu da qeyd edib ki, adla bağlı iddia edilməsə də, əməkdaşlığın perspektivi var. Onun sözlərinə görə, hərəkatda təmsil olunan partiyalar başqa adda əməkdaşlıq edə bilərlər: ?Biz demokratiya uğrunda mübarizə aparan partiyalarla əməkdaşlıq edə bilərik. Təəssüf edirəm ki, Müsavat bu dönəmdə hakimiyyətin sifarişini yerinə yetirdi. Hərəkatın dağılmasının xeyrini görən yalnız Azərbaycan iqtidarı oldu. Müsavat bu addımı atmaqla, iqtidarın mənafeyinə xidmət etdi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA