Deputat Nazim Məmmədov bəzi kasıb millət vəkillərinin xahizini yerinə yetirib

img

11-11-2009 [03:08]


Dünən Milli Məclisdə ?2010-cu ilin dövlət büdcəsi? layihəsi müzakirə edilib. Millət vəkili Nazim Məmmədov isə iclasda büdcənin xərclər hissəsində dövlət müəssisələrinə maliyyə yardımı adı altında nəzərdə tutulmuş 64,5 milyon manat vəsaitin bir hissəsinin millət vəkillərinin maddi-texniki şəraitinin yaxşılaşdırılmasına, onların avtomobillə təmin edilməsini təklif edib. Lakin YAP-çı deputatın bu təklifi spiker Oqtay Əsədovun iradına səbəb olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə geniş açıqlama verən millət vəkili Nazim Məmmədov bildirib ki, büdcənin xərclər hissəsində dövlət müəssisələrinə maliyyə yardımı adı altında 13-cü bölmədə 64,5 milyon manat nəzərdə tutulub: ?Bu o bölmədir ki, səhmdar cəmiyyətlər olaraq, dövlətdə payı olan müəssisələrin rəhbərlərinin və onların müavinlərinin saxlanılması və əmək haqlarının verilməsi üçün, o cümlədən onların xidməti avtomobillərlə təmin edilməsi üçün bu vəsaitdən verilir. Bilirsiniz ki, bir neçə ildir, Milli Məclisin deputatları onlara xidməti avtomobillərinin verilməsini vurğulayırlar. Mənim öz şəxsi avtomobillərim var, özü də bir yox, bir neçə ədəd. Ona görə də mənim şəxsi avtomobilə o qədər də ehtiyacım yoxdu. Bizim dəyərli millət vəkilləri, o cümlədən xanım millət vəkilləri bu məsələni bir neçə dəfə qaldırıblar. Bu gün verəcəyim sualın mahiyyəti ondan ibarətdir ki, olmazmı ki, həmin maliyyə yardım adı ilə səmərsiz istifadə olunan vəsaitlər, Milli Məclisin deputatlarının qaldırdığı məsələnin həll edilməsinə yönəldilsin? Əfsuslar olsun ki, bu gün o statusa uyğun deputatların təminatı istənilən qədər deyil. Hesab edirəm ki, mən bu fonda bu məsələni qaldırdım. Ümid edirəm ki, deputatların hər birinin ayrı-ayrılıqda danışdıqları sözü ifadə etdim. İqtisadi siyasət Komitəsinin üzvü olaraq, dəfələrlə başqa komitələrdən olan millət vəkiləri yaxınlaşırlar, bizə o cümlədən müxalifətdən, iqtidardan və müstəqil olan deputatların hamısı deputatın statusu uyğun olaraq, avtomobillərlə tətmin edilmələrini bildiriblər. Deputatların əksəriyyətinin maddi imkanları olmadığına dövlət büdcəsindən bu məqsədlər üçün vəsait ayrılmalıdır. Həmişə bu məsələ qaldırılanda Milli Məclisin rəhbərliyi hansı mənbədən göstərilməsini də xahiş edirdi. Ona görə də mən mənbəni də göstərmişəm və ümid edirəm ki, ölkə rəhbərliyi bu və ya digər formada məsələnin həllinə yardımçı olacaq?. Spikerin iradına gəlincə, millət vəkili burada yanlışlığın olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, istər MDB, istərsə də digər ölkələrinin əksəriyyətini bu məsələdə analiz edib: ?Əksəriyyətində bizim deputatlarından da daha çox maddi-texniki bazasının yaxşılaşdırılması və əmək haqlarının yüksək olmasının şahidiyik. Burada söhbət deputatdan yox, deputata göstərilən münasibətdən gedir. Hesab edirəm ki, bir neçə milyon vəsait ayırmaqla, nə ölkə kasıblayar, nədə ki, büdcədə problem ola bilər. Bundan əlavə, hesab etmirəm ki, bu gün deputatların işi ancaq və ancaq hökuməti və ya ayrı-ayrı nazirlikləri tərifləməklə keçir. Ona görə də büdcə müzakirə olunan zaman daha kritik yanaşmanını tərəfdarı olmalıyıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA