Deputat Aydın Həsənov parlament seçkilərinin təxirə salınmasını təklif edir (yenilənib)

img

13-11-2009 [02:34]


Bu gün Milli Məclisin iclasında millət vəkili Aydın Həsənov maraqlı təkliflə çıxış edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat növbəti parlament seçkilərinin keçirilməsinə ehtiyac olmadığını bildirib: ?Parlament seçkilərində kifayət qədər pul xərclənir, üstəlik, xaricdən müşahidəçilər gəlir, onların yerləşdirilməsi və s. hamısı pul tələb edir. Bu pulu xərcləməkdənsə, onu problemli sahələrə yönəltmək lazımdır. Ombudsmanın, prokurorun səlahiyyəti artırılıb, müharibə şəraitində təkrar parlament seçkisinin keçirilməsinə ehtiyac görmürəm. Burda oturanların hamısı xalqın dəyrli oğullarıdır, mən də onlarlardan biriyəm. Məncə, parlament seçkilərinə ehtiyac yoxdur?. YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov da həmkarının təklifini müsbət qiymətləndirib: ?Bu da normal təklifdir. Görürsünüz, yeri gələndə bu cür maraqlı təkliflər də ortaya çıxır?. İclas zamanı YAP-çı deputat Aydın Mirzəzadə həmkarının təklifinə qarşı çıxıb. O bildirib ki, bu cür təkliflər səsləndirmək yersizdir. Parlamentin foyesində isə jurnalistlərə açıqlama verən Aydın Həsənov və Əli Əhmədov bunun zarafatla səslənən təklif olduğunu vurğulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA