Nurəddin Məmmədli Xaliq Bahadırın istefa səbəbini əsassız sayır

img

10-11-2009 [04:11]


?Xaliq Bahadır kimi bir insan üçün bu davranış tamamiylə adekvat deyil. Çünki o, Azərbaycan jurnalistikasında ən peşəkar insanlardan biridir. Onun qəzetdə baş verən hər hansı bir məsələyə görə partiyanı günahlandırması və cəzalandırmaq cəhdi bu hadisələrə qətiyyən adekvat deyil?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə AXCP sədrinin müavini Nurəddin Məmmədli Xaliq Bahadırın istefasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, X.Bahadırın həmkar kimi Mirzə Sakitin müdafiəsinə qalması normal qəbul olana bilər: ?Təbii ki, Mirzə Sakitin məsələsi hər hansı bir razılaşma əsasında həll olunmalıdır. Mən də bunu istəyirəm. Ancaq bununla belə qəzetdə baş verənlərə görə partiyaya təzyiq göstərmək tamamiylə yolverilməzdir. Etiraf etmək lazımdır ki, Xaliq Bahadırın əvvəllər də bu cür hərəkətləri olmuşdu, sonra partiyadakı bütün görəvlərini davam etdioməyə başlamışdı. Hesab edirəm ki, bu dəfə də emosiyalar sakitləşəndən sonra hər şey öz qaydasına düşəcək. Digər tərəfdən qəzet müstəqildir və partiyanın ona təsir etmək imkanı yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA