Müsavat barələrində hökm çıxarılan gənclərlə bağlı bəyanat verib

img

11-11-2009 [03:51]


Müsavat Partiyası bu gün Səbail rayon məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilən gənc bloqqerlər Emin Milli və Adnan Hacızadə ilə bağlı bəyanat verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat Partiyasının bəyanatında qeyd olunur ki, uydurma ittihamlarla, hakimiyyətin siyasi sifarişi ilə şərlənərək həbs edilən gənclərin məhkəmə prosesinin bu cür yekunlaşacağı gözlənilən olsa da, öz absurdluğu ilə tarixə düşəcək: ?Hakimiyyət bu addımı ilə onların azad olunmasını tələb edən ölkə ictimaiyyətinin, nüfuzlu beynəlxalq təşkilatların, bir sıra demokratik dövlətlərin rəsmi nümayəndələrinin çağırışlarına növbəti dəfə saymamazlıq nümayiş etdirdi. Lakin məhkəmənin bu hökmü bir daha sübut etdi ki, Azərbaycan məhkəmə sistemi siyasi hakimiyyətin əlində oyuncaq alətdən başqa bir şey deyil. Siyasi hakimiyyətin repressiya aparatı isə ölkədə aybaay, günbəgün şiddətlənir, vətəndaşların elementar fəaliyyətləri və azadlıqları iyrənc şəkildə boğulur?. Müsavat Partiyası iki gənc, günahsız blogerin həbsini ölkədə diktatura rejiminin tüğyan etməsi faktı kimi dəyərləndirir. Biz, onların dərhal azadlığa buraxılmasını, bu iyrənc məhkəmə prosesinin sifarişçilərinin və icraçılarının sərt şəkildə cəzalandırılmasını tələb edirik. Müsavat Partiyası habelə beynəlxalq demokratik təşkilatlara, eləcə də ölkədəki ictimai-siyasi qurumlara, ziyalılara müraciət edərək bu rejiminin durdurulması üçün ciddi fəaliyyətə keçməyə çağırır. Müsavat Partiyası Eminin və Adnanın məhkəmə prosesində cəsarətli və ləyaqətli mövqeyini yüksək qiymətləndirir və bütün gəncliyi ruhdan düşməməyə, öz azadlığı və cəmiyyətin azadlığı yolunda mübarizəni davam etdirməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA