Xaliq Bahadır AXCP-dəki vəzifələrindən istefa verdi

img

09-11-2009 [07:30]


Tanınmış yazar Xalid Bahadır Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyəti və Ali Məclis üzvlüyündən istefa verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə X.Bahadırın özü məlumat verib: ?Partiya Rəyasət Heyəti və Ali Məclisindən çıxmağım həm də AXCP rəhbərliyinin məsələyə müdaxilə edərək Mirzə Sakitin pozulan hüquqlarının bərpası ilə əlaqədardır. Hesab edirəm ki, Mirzə Sakitlə bağlı atılan bu addım haqsızlıqdır?. X.Bahadır ?Mirzə Sakitin hüquqlarının qorunacağı təqdirdə, yəni ?Azadlıq? qəzetinə qaytarılacağı halda ?AXCP Rəyasət Heyəti və Ali Məclisinə qayıdacağını da bildirib: ?Düşünürəm ki, Əli Kərimli də, partiyanın digər funksionerləri də məsələyə müdaxilə edib Mirzə Sakitə qarşı bu haqsızlığın aradan qaldırılmasına çalışmalıdırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA