Bələdiyyə seçkilərində 22 851 nəfərin namizədliyi qeydə alınıb

img

09-11-2009 [03:46]


Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu günə kimi 1718 bələdiyyə üzrə 32 933 nəfərin namizədliyi təsdiq edilib. Namizədliyi təsdiqlənmiş şəxslərin 32 086 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərdən 27 053 nəfəri isə namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim etmişlər. Artıq 1700 bələdiyyə üzrə 22 851 nəfərin namizədliyi qeydə alınmışdır. Qeydə alınmış namizədlərin 12 070 nəfəri ali təhsilli şəxslərdir. Namizədliyi qeydə alınmış şəxslərin 4962-si qadınlardır. Namizədlikəri qeydə alınan şəxslərdən 5972 nəfəri bitərəfləri, digərləri isə 24 siyasi partiyanı əhatə edirlər. 22 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Bu partiyalardan 13-nün irəli sürdüyü namizədlər DSK-lar tərəfindən qeydə alınıb. Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) müraciət etməklə bələdiyyə üzvülüyünə namziədlərin irəli sürülməsi və qeydiyyatı barədə ətraflı məlumat əldə etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA