Deputat Aydın Mirzəzadə YAP-nı MSK-dakı nümayəndəsi oldu

img

09-11-2009 [06:59]


Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, əvvəlcə Komissiyanın 3 noyabr 2009-cu il tarixli iclasının protokolu təsdiq edilmişdir. Sonra Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasəna təyin olunmuş məşvərətçi səs hüquqlu üzvun təsdiqi barədə qərar qəbul edilib. Qərara əsasən Aydın Mirzəzadə YAP-ın MSK-dakı məşvərətçi sçəshüquqlu üztü olub. Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Demokratik Azərbaycan Dünyası, Müasir Müsavat və Müsavat partiyalarının səlahiyyətli nümayəndələrinin təsdiq olunması barədə qərar qəbul edib. Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarına dair məsələyə baxıb. MSK qərara alıb ki, 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda ? fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar (siyasi partiya blokları) tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilsin. Eyni zamanda qəraraalınmışdır ki, respublika üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmaqla, cəmi 4 729 681 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın. İclasda ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Milli Demokratiya İnstitutunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA