Bələdiyyə seçkilərində 20 743 nəfərin namizədliyi qeydə alınıb

img

07-11-2009 [12:23]


Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması davam edir. Bu günə kimi 1718 bələdiyyə üzrə 32 285 nəfərin namizədliyi təsdiq edilib. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, namizədliyi təsdiqlənmiş şəxslərin 31 465 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərdən 25 745 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 1654 bələdiyyə üzrə 20 743 nəfərin namizədliyi qeydə alınmışdır. Qeydə alınmış namizədlərin 11 217 nəfəri ali təhsilli şəxslərdir. Namizədliyi qeydə alınmış şəxslərin 4624-ü qadınlardır. Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 10 283 nəfəri bitərəfləri, digərləri isə 31 siyasi partiyanı əhatə edirlər. 22 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) müraciət etməklə bələdiyyə üzvülüyünə namziədlərin irəli sürülməsi və qeydiyyatı barədə ətraflı məlumat əldə etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA