Azərbaycan alimləri brusellyoz əleyhinə yeni bioloji aktiv maddə kəzf ediblər

img

06-11-2009 [04:05]


Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) ?Brusellyoz xəstəliyinin müalicəsində effektiv nəticələrin əldə edilməsi? mövzusunda mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransda DBX-nin rəisi İsmayıl Həsənov, rəis müavini Rəşid Abbasov və sektor müdiri Klement Əsədov iştirak ediblər. İlk olaraq çıxış edən İsmayıl Həsənov brusselyoz xəstəliyi haqqında geniş məlumat verərək bildirib ki, bu xəstəlik xroniki gedişli yolxucu xəstəlikdir. Onun sözlərinə görə, bu xəstəliyə bütün növ kənd təsərrüfatı heyvanları, xüsusən qoyunlar, keçilər, qaramal, donuzlar, dəvələr, şimal maralları və itlər tutulurlar: ?Brusellyoz xəstəliyinə insanlar xəstə heyvanların, əsasən də qoyun və keçilərin süd məhsullarından istifadə etdikdə yoluxurlar. Azərbaycan alimləri bu sahədə 4 ildən yuxarı apardıqları gərgin və hərtərəfli tədqiqatlar nəticəsində brusellyoz əleyhinə yeni bioloji aktiv maddə kəşv ediblər. Təbii birləşmələrdən alınmış bu bioaktiv maddə quruluşuna görə dünyada analoqu olmayan bir maddədir. Bu yeni maddənin bakteriosid təsirə malik olmasını öyrənmək üçün Respublika Baytarlıq Labatoriyasının baytarlıq şöbəsində brusellyoz törədicisinin orqanizmdən kənarda həssaslığı öyrənilib, onun bakteriosid təsirə malik olması sübut edilib?. DBX rəisi onu da bildirib ki, sınaqlar labarator və xırdabuynuzlu heyvanlar üzərində də aparılaraq brusellyoz xəstəliyinin modeli yaradılıb, yaradılmış bioaktiv maddənin müalicəvi təsiri öyərənilib və onun yüksək müalicəvi effekti əldə olunub. Maddənin bir iribuynuzlu heyvan üçün qiyməti 20 manat, xırdabuynuzlu heyvan üçün 12 manatdır. Daha sonra İsmayıl Həsənov bildirib ki, bioloji aktiv maddə 2008-i ildə potent alıb və bundan sonra DBX-nin Elmi Şurasında Azərbaycan Respublikasının rayonlarında tətbiq edilməsi üçün təklif edilib. Tədbirdə həmçinin qeyd edilib ki, bu təklifdən sonra Respublikanın bir çox rayonlarında xəstəliyə yoluxmuş iri və xırdabuynuzlu heyvanlar müalicəyə cəlb olunub və 100 faizli nəticə əldə olunub. Qeyd edək ki, bioloji aktiv maddə xəstə heyvana 2 gün ərzində gündə bir dəfə olmaqla tətbiq edilir. 5 gün sonra tam kliniki sağalma baş verir. Bu maddənin bir iribuynuzlu heyvan üçün qiyməti 20 manat, xırdabuynuzlu heyvan üçün 12 manatdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...