Bədrəddin Quliyevin malını yenə də gömrükdə saxlayıblar

img

05-11-2009 [07:57]


Bir müdət öncə Azərbaycana kolbasa məhsulları gətirən siyasətçi-sahibkar, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev yenə də gömrükdə problemlə üzləşib. Müstəqil İnformasiya Agentliyinə məlumat verən B.Quliyev Türkiyədən tikinti və santexnika materialları gətirərkən gömrükdə yenidən problemlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, yüklə dolu iki maşın Qırmızı körpüdəki yoxlama keçid məntəqəsindən ölkəyə buraxılmayıb. Səbəb kimi isə heç bir arqument gətirə bilmirlər. CXP sədri onu da bildirib ki, gömrükçülər ona ?yuxarıdan desinlər, sonra buraxaq? cavabını veriblər. Partiya sədri isə ?yuxarılar?dan heç kimin qəbuluna düşə bilmədiyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA