DUi 2010 parlament seçkilərinə hazırlazır

img

03-11-2009 [12:35]


Demokratiya Uğrunda İttifaq (DUİ) bələdiyyə seçkiləri başlamamış 2010 parlament seçkilərinə hazırlaşır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə DUİ yetkililərindən olan Pənah Hüseyn məlumat verib. P.Hüseyn bildirib ki, DUİ-ə daxil olan partiyalar bələdiyyə seçkilərində müstəqil şəkildə iştirak edəcək: ?Biz qarşıdan gələn parlament seçkilərini ciddi bir proses kimi qəbul edirik və həmin seçkidə blok şəklində iştirak edəcəyik. Hələlik konkret qərarımız olmasa da, ilkin razılaşmalar var. Yəqin ki, yanvar ayında seçkidə iştirakla bağlı qərarımızı da verəcəyik. Seçkiyə blok şəklində qatılacağımızı planlaşdırırıq və yanvar ayında namizədlər siyahısını da ictimaiyyətə təqdim edəcəyik?. DUİ yetkilisi onu da vurğulayıb ki, parlament seçkilərində müxalifətin ümumi birliyi də reallaşa bilər. Onun sözlərinə görə, əgər bu, mümkün olsa, DUİ digər müxalifət partiyaları ilə əməkdaşlıq edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA