VHP sədri Türkiyənin Millətçi Hərəkat Partiyasının qurultayında iztirak edəcək

img

05-11-2009 [04:27]


Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyəyə səfərə yola düşüb. VHP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfərdə məqsəd Türkiyənin Millətçi Hərəkat Partiyasının noyabrın 8-də keçiriləcək qurultayında iştirak etməkdir. Xatırladaq ki, VHP sədrinə MHP-nin qurultayında iştirak etmək üçün dəvət oktyabrın əvvəlində göndərilib. Qeyd edək ki, VHP ilə MHP arasında əməkdaşlıq protokolu imzalanıb. Səfər çərçivəsində S.Rüstəmxanlının türkiyəli həmkarları, ziyalılar, həmçinin diaspor nümayəndələri ilə görüşü də nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA