Arif Hacılı: ?Hakimiyyətin əlaltısı olan təzkilatlar hakimiyyətin alternativi ola bilməz?

img

06-11-2009 [01:29]


?Hakimiyyətin alternativinin kim olduğunu Azərbaycan cəmiyyəti yaxşı bilir. Bələdiyyə seçkilərində də bu, açıq şəkildə görünəcək. İndi namizədlərin sayı və digər məsələlərlə müəyyən spekulyasiyalar aparılır. Müsavatın namizədlərinin sayı YAP-ınkından sonra ikinci yerdədir. Özü də partiyanın təsir imkanlarını namizədlərin sayı ilə müəyyənləşdirmək olmaz?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Ümid Partiyasının sədri İqbal Ağazadənin ?Bu seçkilərdə hakimiyyətin ən ciddi alternativi Ümid Partiyası olacaq? fikirinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, digər partiyalardan fərqli olaraq, Müsavatın namizədləri yerlərdə tanınmış, əvvəllər icra başçısı olmuş, bələdiyyə sədri işləmiş şəxslərdir. Hakimiyyətin alternativi məsələsinə gəldikdə isə A.Hacılı ?Bircə onu deyə bilərəm ki, hakimiyyətin əlaltısı olan təşkilatlar hakimiyyətin alternativi ola bilməz?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA