Elmar Baxzıyev: ?icarə əsasında olsa belə, ?Neftçi?də oynamaq istəyirəm?

img

03-11-2009 [02:23]


[/left] Mingəçevirdəki ?N? saylı hərbi hissədə xidmətini davam etdirən milli komandamızın və ?Neftçi?nin futbolçusu Elmar Baxşiyev mətbuatda onun MOİK-ə mümkün keçidiylə bağlı yayılan xəbərə münasibət bildirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Elmar ilk növbədə komandasının Unibank Premyer Liqanın son turu çərçivəsində ?Karvan?a qarşı keçirdiyi oyun haqda danışıb: ?Karvan?la oyunu televiziya vasitəsilə canlı izlədim. Qələbə qazandığımıza görə çox şadam. Növbəti oyunlarda da ?Neftçi?yə uğurlar arzulayıram. MOİK-ə mümkün keçidimlə bağlı xəbərə gəlincə, karyeramı ?Neftçi?də davam etdirmək istəyirəm. Bu klub mənə doğmadır. Ordu klubuna keçmək ehtimalı yaransa, icarə əsasında olsa belə, ?Neftçi?də oynamaq istərdim?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA