Gənclər və idman naziri Azad Rəhimov Kubada rəsmi səfərdə olub

img

29-11-2009 [09:52]


Gənclər və idman naziri Azad Rəhimov noyabrın 25-dən 28-dək Kuba Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Kubanın İdman və İstirahət İnstitutu (Nazirliyi) arasında əməkdaşlıq haqqında Saziş ilmzalanıb. Sənəd iki ölkənin idman sahəsində əməkdaşlığı üçün yeni imkanlar açacaqdır. A.Rəhimov Kubanın idman sahəsindəki nailiyyətləri ilə tanış olmuş, Cubadeporte dövlət komitəsində, Antidopinq tibbi mərkəzində, yüksək səviyyəli idmançılar hazırlayan ali məktəbdə olub. Boks üzrə iki kubalı mütəxəssisin ölkəmizdə təlim keçməyə başlaması məmnunluqla qeyd edilmişdir. A. Rəhimovun xarici işlər nazirinin müavini Daqoberto Rodrigeslə görüşündə Azərbaycan-Kuba münasibətləri təhlil olunubr. Azərbaycanlı nazir həm də bu ölkədə gənclərlə aparılan işlərlə tanış olmuş, yerli gənclər təşkilatında görüş keçirmiş, ölkəmizin bu səhədəki təcrübəsi və görülmüş işlər barədə məlumat vermişdir. A. Rəhimov Kuba Baş nazirinin müavini, Milli Olimpiya Komitəsinin sədri Xose Ramon Fernandes Alvares ilə görüşmüş və Azərbaycan - Kuba münasibətlərini müzakirə etmişdir. Bu münasibətlərin dinamik və səmərəli inkişaf etdiyi vurğulanmışdır. Qeyd edilmişdir ki, qısa müddətdə iki ölkə arasında perspektivli layihələr və planlar qəbul edilmişdir və onlar uğurla həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA