?ABŞ Rusiyanı əlaltısına çevirmək istəyir?

img

04-11-2009 [05:02]


?Türkiyə-Ermənistan sərhədlərinin açılması Türkiyə millətinin və dövlətinin sıradan çıxması deməkdir. Artıq Türkiyədə milli natamamlıq kompleksi gedir. Nurçular orada elə bir siyasət yürüdüb ki, türk öz kökündə erməni axtarır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhəmdoğlu regionda baş verən son proseslərlə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun qənaətincə, Türkiyə Qafqazda mövqelərini itirməkdədir: ?Türkiyə Qafqazda ciddi tərəfdaşı olan Rusiyanı da itirə bilər. ABŞ-ın burada yürütdüyü siyasət öz rolunu oynayır. ABŞ Türkiyəni zəiflətmək istəyir. Bundan əlavə, ABŞ-ın əlində olan erməni kartı həm İranı, həm də Rusiyanı zəiflədə bilər. Çünki İran və Rusiya elitasında erməni faktoru daha çox özünü biruzə verir. Artıq MDB məkanında Rusiyanın maraq zonasının tam sahibi Amerikadır. ABŞ Rusiyanı ya özünün tərəfdaşına, ya da əlaltısına çevirmək istəyir. Rəsmi Vaşinqtonun müəyyən qədər bu məqsədinə çatdığını söyləmək mümkündür. Əgər belə demək mümkündürsə, bu gün Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin bir bölməsi kimi fəaliyyət göstərir?. Azərbaycanın işğal edilmiş rayonlarının boşaldılmasına gəlincə, politoloq bildirib ki, erməni tərəfi bu prosesi müxtəlif bəhanələrlə gecikdirmək istəyir: ?ATƏT-in Minsk Qrupunun həmsədrləri sonuncu dəfə regionda olarkən bəyan etdilər ki, Dağlıq Qarabağın gələcək taleyini onun əhalisi müəyyən edəcək. Artıq getdikcə xalq sözü deyil, daha çox ?əhali? sözü işlənməyə başlayır. Bu o deməkdir ki, həmsədrlərin hazırladıqları variantda tədricən millətlərin öz müqəddəratını təyin etmə prinsipindən söhbət getmir. Yəni, Dağlıq Qarabağın taleyini azərbaycanlılar ora qayıtdıqdan sonra, ermənilərlə birlikdə müəyyən edəcəklər. Əgər ermənilər sülh yolu ilə Dağlıq Qarabağ ətrafındakı 7 rayonu boşlatmağa hazırdılarsa, nəyə görə, Ağdam və Füzuli birinci yerdədir? Erməni qoşunlarının 70 faizi Tərtər-Ağdam-Füzuli istiqamətindədir. Ən sıx minalanmış ərazi də bu ərazilərdir. Kəlbəcər tamamilə təhlükəsiz vəziyyətdədir. Orada 300 və ya 500 nəfərdən yuxarı erməni hərbiçisi yoxdur. Qubadlı, Laçın, Zəngilan və Cəbrayıl rayonlarında isə erməni hərbçilərinin sayı 2000-dən çox deyil. Niyə görə təhlükəsiz yerlər yox, minalanmış və daha çox hərbi bazanın olduğu rayonlar birinciyə salınıb??. M.Əhmədoğlu hesab edir ki, ermənilər bununla manevrlər edərək, torpaqları boşaltmaq istəmirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA