Türkiyədə ?Donuz qripi?dən ölənlərin sayı 9-a çatdı

img

03-11-2009 [12:16]


?Donuz qripi? virusunun dünyada yaratdığı ajiotaj davam erdir. Türkiyədə də bu sahədə vəziyyət kritikləşib. Müstəqil İnformasiya Agentliyi CNN Türk-ə istinadən xəbər verir ki, son bir gün ərzində Türkiyədə üç nəfər bu xəstəliyin qurbanı olub. Bunlar 4 və 13 yaşlarında iki uşaq və 65 yaşlı qadındır. Bununla da Türkiyədə bu xəstəlikdən ölənlərin sayı 9-a çatıb. Xəstəlikdən ölənlərin ən kiçiyi 18 aylıq, ən böyüyü isə 65 yaşında olub. Qeyd edək ki, bu gündən başlayaraq Türkiyədə qripə qarşı peyvənd başlayır. Xatırladaq ki, bu ilin əvəllərində yayılmağa başlayan xəstəlik 5 mindən artıq insanın ölümünə səbəb olub. Azərbaycanda isə iki nəfər bu ilin iyul ayında xəstəliyə yoluxsa da onlar sağalıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA