islamçılar azanın səsləndirilməsinə qoyulan məhdudiyyətlərə etiraz edir

img

02-11-2009 [04:21]


Azərbaycan İslam Partiyası (AİP) azanın səsləndirilməsinə qoyulan məhdudiyyətlərə etiraz edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AİP sədri Mövsüm Səmədov deyib ki, məhdudiyyətlər davam edərsə, müxtəlif üsullarla etiraz səslərini ucaldacaqlar. Onun sözlərinə görə, yol verilən bu cür səhvlər gələcəkdə xalqın nifrətinə səbəb ola bilər: ?Təəssüflər olsun ki, azan və digər dini dəyərlərə son dövrlər ölkəmizdə olan hörmət azalıb. Birinci dəfə deyil ki, bu cür hallar müşahidə olunur. İki il bundan öncə də bu məsələ gündəmə gəlmişdi. O zaman da biz etirazların şahidi olduq. Müvafiq orqanlar da öz səhvlərini başa düşdülər və atdıqları səhv addımı bərpa etdilər. Bu cür hallar cəmiyyətdə ixtilaflara, fikir ayrılıqlarına gətirib çıxarır. Nəzərə alsaq ki, bu gün Azərbaycanın ciddi problemləri var, belə addımlar beynəlxalq ictimaiyyətdə də mənfi fikirlərin yaranmasına səbəb olur. Azan ibadətin müqəddiməsidir. İnsan azanla mənəvi rahatlıq tapır. Bu gün bəzi məscidlərin bağlanması, sökülməsi, hicaba qarşı olan münasibət, ?dini etiqad və vicdan azadlığı haqqında? qanuna edilən mürtəce dəyişikliklər və sairə Azərbaycana yaraşmır. Bütün bunlar xalqın gələcəkdə nifrətinə səbəb ola bilər. Bundan əlavə, bizim düşmənlərimiz də bundan sui istifadə edə bilərlər. İslam Partiyası olaraq hər zaman xalqın milli-mənəvi dəyərlərinə qarşı atılan bu cür mənfi addımları pisləyirik. Bunun acı nəticələrindən müvafiq orqanlara xəbərdarlıq edirik?. AİP sədri xalqı bu məsələdə aktiv mövqe nümayiş etdirməyə çağırdı: ?Bu vaxtadək İslam Partiyası hər zaman qanunlar çərçivəsində fəaliyyət göstərib. Bu məsələylə də əlaqədar olaraq qanun çərçivəsində lazımi addımlar atılacaq. İlk olaraq mətbuat konfransları keçirməklə, dəyirmi masalarla, bəyanatlar verməklə öz etiraz səsimizi ucaldacayıq. Xalqımızı isə bu məsələdə aktiv mövqe nümayiş etdirməyə çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA