Əfqanıstanda prezidentliyə namizəd Abdulla Abdulla seçkinin növbəti mərhələsində iztirakdan imtina edib

img

01-11-2009 [07:05]


nıstanda prezidentliyə namizəd Abdulla Abdulla seçkinin ikinci mərhələsində iştirakdan imtina edib. O Kabildə keçirilmiş mətbuat konfransında deyib ki, indiki şəraitdə seçkinin ədalətli olacağına təminat yoxdur. Abdullanın bundan əvvəl rəqibi və indiki prezident Həmid Kərzaiylə apardığı danışıqlar nəticə verməmişdi. Abdulla Abdulla Mərkəzi Seşki Komissiyasının sədri Əzizulla Lodinin istefasını və seçkinin ədalətli olacağına təminat verilməsini tələb edirdi. Əfqanıstan prezidenti Həmid Kərzai Azadlıq Radiosuna bildirib ki, Müstəqil Seçki Komissiyasının təkrar prezident seçkisiylə bağlı istənilən qərarını qəbul edəcək. Avqustun 20-də Əfqanıstanda keçirilmiş prezident seçkilərində çoxsaylı qanun pozuntuları qeydə alındığına görə noyabrın 7-də təkrar seçkilər keçirilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA