isa Qəmbər Türkiyə telekanalında hakimiyyəti tənqid etdi (Video))

img

30-10-2009 [11:58]


Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər Türkiyədə səfərdədir. Ötən gecə Türkiyənin ?Kanal 1? telekanalında yayımlanan ?Forum? proqramının qonağı olan Müsavat başqanı Azərbaycan hakimiyyətinin ünvanına tənqidi fikirlər səsləndirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Şəhidlər Xiyabanından Türkiyənin bayraqlarının yığışdırılması ilə bağlı mövqeyini bildirən İ.Qəmbər, bu qərarın hakimiyyətdən gəldiyini söyləyib. Müsavat başqanı onu da qeyd edib ki, belə bir addım İlham Əliyevin xəbəri olmadan atıla biləməz. Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara gəlincə, Müsavat başqanı qeyd edib ki, Azərbaycan tərəfi Türkiyə hökumətinin verdiyi vədlərə inanır və Qarabağ münaqişəsi həll olunmayana qədər sərhədlərin açılmasını gözləmir. [flash width=425 height=350]http://www.youtube.com/v/KxFlnnaJc08[/flash]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA