Müsavat bələdiyyə seçkilərində müxalifət partiyaları ilə sıx əməkdazlıq edəcək

img

27-10-2009 [11:30]


Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda bələdiyyə seçkiləri kampaniyasının gedişatı müzakirə edilib. Millət vəkili İkram İsrafilin, Məclis katibi Tofiq Yaqublunun və Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının bu məqsədlə ölkənin Qərb bölgələrinə etdikləri səfər haqqında Divana məlumat verilib. Divan Bələdiyyə seçkilərində iştirakla bağlı müvafiq qərarlar qəbul edib. Bələdiyyə seçkiləri zamanı real müxalifət partiyaları ilə sıx əməkdaşlıq ediləcəyi və qarşılıqlı dəstək veriləcəyi bir daha təsdiq edilib. Divan ölkə başçısının imzaladığı və qadınların pensiya yaşının artırılmasını nəzərdə tutan qanun layihəsinin Milli Məclisin plenar iclasına təqdim edilməsinə münasibət bildirib. Qeyd edilib ki, bu hakimiyyətin sosial və iqtisadi siyasətinin açıq-aşkar iflasıdır. Qəbul ediləcəyi təqdirdə ahıl insanların sosial durumunu daha da pisləşdirəcək bu qanun layihəsinə qəti etiraz edilib. Divan qardaş Türkiyə xalqını Cumhuriyyət Günü münasibətilə təbrik edib və bununla bağlı oktyabr ayının 29-da keçiriləcək tədbirlər haqqında müzakirə aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA