Bu günə kimi 1705 bələdiyyə üzrə 23 087 nəfərin namizədliyi təsdiq edilib

img

29-10-2009 [12:07]


Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu günə kimi 1705 bələdiyyə üzrə 23 087 nəfərin namizədliyi təsdiq edilib. Həmin şəxslərdən 4480 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 11 583-ü ali təhsillidir. Namizədliyi təsdiqlənmiş şəxslərdən 21 570 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlayıblar. Artıq həmin şəxslərdən 5370 nəfəri namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 5532 nəfəri bitərəfləri, digərləri isə 26 siyasi partiyanı əhatə edirlər. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA