Bu günə kimi 530 bələdiyyə üzrə 3456 nəfərin namizədliyi qeydə alınıb

img

31-10-2009 [01:56]


Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu günə kimi 1718 bələdiyyə üzrə 26 769 nəfərin namizədliyi təsdiq edilib. Həmin şəxslərdən 5110 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 13 322-si ali təhsillidir. Namizədliyi təsdiqlənmiş şəxslərdən 25 351 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb, həmin şəxslərin 11 161 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 530 bələdiyyə üzrə 3456 nəfərin namizədliyi qeydə alınıb. Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 7057 nəfəri bitərəfləri, digərləri isə 28 siyasi partiyanı əhatə edirlər. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA