AiDP pensiya yazının artırılmasına etiraz edir

img

28-10-2009 [05:18]


Milli Məclis tərəfindən pensiya yaşının qadınlar üçün 57-dən 60-a, kişilər üçünsə 62-dən 63-ə artırılması birmənalı qarşılanmayıb. Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bu addımı əsaslandırılmayan qərar kimi dəyərləndirib: ?Heç kimə sirr deyil ki, Azərbaycanda ölüm gəncləşib. Yetmiş yaşına çatmadan vəyat edənlərin sayı çoxdur. Statistika komitəsinin orta ömürlə bağlı açıqladığı rəqəmlər inandırıcı deyil. İndi ölkəmizdə həyat səviyyəsi yüksək olmadığından, ekoloji problemlər artdığından, tibbi-proflaktika inkişaf etmədiyindən insanlar qocalmadan dünyasını dəyişir. Bu mənada pensiya yaşının həddini artırmaq düzgün deyil. İnkişaf etmiş ölkələrdə pensiyaya çıxan şəxsin ən azı 12 il pensiya alması nəzərdə tutulur. Amma bizdə pensiya yaşı çatmamış dünyasını dəyişənlər çoxdur. Həmçinin pensiya təyinatından 1-2 il sonra vəfat edənlər də az deyil. Bu dəfəki yaş artımı ilə əlaqədar olaraq pensiya almadan bu dünyaya vida edənlərin sayı da artmış olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA