Seçkidə iztirak etmək istəyən 12 183 nəfərin namizədliyi təsdiq edilib

img

23-10-2009 [08:09]


Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı bu vaxta qədər 12 183 nəfərin namizədliyi təsdiq edilib. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, həmin namizədlər 1406 bələdiyyə üzrə irəli sürülüb. Onlardan 2180 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 5752-si ali təhsillidir. Namizədlərin irəli sürülməsi onların özləri və 14 siyasi partiya tərəfindən həyata keçirilib. Namizədliyi təsdiqlənmiş şəxslərdən 10647 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlayıblar. Artıq həmin şəxslərdən 933 nəfəri namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA