Murad Mərcan: "TBMM protokolları ratifikasiya etməyə tələsmir"

img

28-10-2009 [02:51]


Azərbaycana səfər edən, Türkiyə Böyük Millət Məclisi xarici işlər komissiyasının sədri Murad Mərcanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra jurnalistlərə açıqlama verən deputatlar bildiriblər ki, artıq Azərbaycan dövlət başçısı İlham Əliyev onları qəbul edib. Millət vəkillərinin sözlərinə görə, Bakıya səfərlərinin əsas məqsədi Azərbaycanın birinci şəxsinə Türkiyə-Azərbaycan münasibətlərində son durumla bağlı məlumat verməkdir. Millət vəkilləri həmçinin səfərlərinin Şəhidlər Xiyabanında Türk əsgərlərinin abidəsinin ətrafına Azərbaycan və Türkiyə bayraqlarının qaytarılması ilə üst-üstə düşdüyünə də seviniblər. Türkiyə-Ermənistan protokollarının Türkiyə parlamentində ratifikasiyası ilə bağlı sual cavablandıran M.Mərcan deyib ki, Türkiyə Böyük Millət Məclisində hələ 2000-ci ildən bu yana ratifikasiya olunmasını gözləyən bir sıra sazişlər var və Türkiyə parlamentinin bu protokolları ratifikasiyası ilə bağlı heç bir vaxt məhdudiyyəti yoxdur. "Türkiyə parlamenti Azərbaycan xalqını narahat edəcək qərar verməyəcək", deyə M. Mərcan əlavə edib. Türkiyəli deputatlar bu gün Şəhidlər Xiyabanını da ziyarət ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA