MSK bir sıra partiyaların səlahiyyətli nümayəndələrini qeydə alıb

img

27-10-2009 [05:51]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda MSK-nın 20 oktyabr 2009-cu il tarixli iclas protokolunun təsdiq edilməsi haqqında, seçki komissiyalarının səsvermə protokollarına dair məsələlər müzakirə olunub. Sonra protokolların nümunələri təsdiqlənib və bu sənədlərin mətbəə üsulu ilə çap edilməsi barədə qərar qəbul olunub. Daha sonra 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Demokratik İslahatlar Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Adıçəkilən partiyaların səlahiyyətli nümayəndələri nümayəndə MSK-da qeydə alınıb. Sonda 28 saylı III Sabunçu və 41 saylı I Sumqayıt dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA