Ədalət Partiyası seçkiyə 500-dən çox namizədlə qatılacaq

img

24-10-2009 [03:22]


Ədalət Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etmək istiqamətində lazım olan addımları atır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin sözlərinə görə, artıq partiya üzvləri namizədliklərini irəli sürməyə başlayıblar. M.Rəhimli onu da bildirib ki, Ədəlat Partiyası üzvlərinin müstəqil şəkildə seçkiyə qatılması barədə qərar verib: ?Bildiyiniz kimi, seçkidə partiya şəklində iştirak etmək çoxlu sayda sənədlər, maliyyə xərcləri tələb edir. Biz partiyanın maddi imkanlarını nəzərə alaraq, qərara aldıq ki, üzvlərimiz seçkiyə müstəqil şəkildə getsinlər?. Partiya yetkilisi onu da iurğulayıb ki, seçkidə 500-dən çox namizədlə iştirak etmək niyyətindədirlər. Onun sözlərinə görə, Ədalət Partiyasının namizədləri Bakı da və bir sıra rayonları əhatə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA