Elmar Məmmədyarov Fransa xarici izlər naziri ilə görüzüb

img

27-10-2009 [11:16]


Avropa İttifaqı -Azərbaycan Əməkdaşlıq Şurasının 10-cu iclasında iştirak etmək məqsədilə Lüksemburqa səfər edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir sıra önəmli görüşlər keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ilk olaraq İsveçin xarici işlər naziri Karl Bildt, İspaniyanın Avropa məsələləri üzrə dövlət katibi Dieqo Lopez Qarrido, Aİ-nin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Havyer Solana, Avropa Komissiyasının nümayəndələri və üç Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirlərinin birgə işçi səhər yeməyi keçirilib. Görüş zamanı Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində əməkdaşlıq, xüsusilə də Aİ ilə assosiasiya sazişlərinin hazırlanması, habelə Cənubi Qafqaz regionunda mövcud münaqişələrin nizamlanması ətrafında fikir mübadiləsi aparılıb. Nazir E.Məmmədyarov Azərbaycanın müxtəlif sahələrdə Aİ ilə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu, bu istiqamətdə ölkəmizin Şərq Tərəfdaşlığı Təşəbbüsünə böyük önəm verdiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA