Həmsədrlər gələn həftə regiona səfər edəcəklər

img

27-10-2009 [11:11]


ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) Lüksemburqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, həmsədrlər görüşlərinin nəticələrinə dair bəyanat da veriblər. ATƏT-in rəsmi saytında yerləşdirilən məlumata görə, xarici işlər nazirlərinin hər biri ilə işgüzar iclas keçirilib. Konstruktiv formada keçən görüşlərdə danışıqlar prosesinin hazırkı mərhələsi qiymətləndirilib. Əsasən ATƏT-in Nazirlər Şurasının 1-2 dekabrda Afinada keçirilməsi müzakirə edilib. Qeyd edilib ki, həmsədrlər regiona noyabrın əvvəlində səfər edəcəklər. Səfər çərçivəsində həmsədrlərin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü nəzərdə tutulub. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə əsas prinsiplərin işlənməsi ilə bağlı müzakirələr davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA