Davudoğlu: "Protokolların Qarabağ münaqizəsi həll edilmədən ratifikasiya ediləcəyinə heç bir ümid yoxdur"

img

26-10-2009 [05:00]


"Türkiyə-Ermənistan protokollarının Dağlıq Qarabağ münaqişəsi həll edilmədən ratifikasiya ediləcəyinə heç bir ümid yoxdur". Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ?Al Jazeera? telekanalına müsahibəsində bildirib. Davudoğlu əlavə edib ki, Azərbaycan torpaqlarının işğalına son qoyulması Türkiyə-Ermənistan protokollarının Türkiyə parlamentində təsdiqinə müsbət təsir göstərəcək. ?Parlamentin belə bir sazişi ratifikasiya etməsi üçün siyasi və psixoloji atmosfer vacibdir. Biz Konstitusiyaya uyğun olaraq hərəkət edirik və protokolların ratifikasiya məsələsində Türkiyə parlamentinə təzyiq göstərə bilmərik. Münasibətlərin normallaşdırılması ilə bağlı Türkiyə-Ermənistan protokolları Cənubi Qafqazda stabilliyin yaradılmasına və Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək?, deyə nazir qeyd edib. ?Biz istəyirik ki, parlamentin protokolları tanıması üçün siyasi və psixoloji əsas yaradaq. Bunun üçün sülh danışıqlarında inkişaf olmalıdır, çünki Azərbaycan torpaqlarının işğalı Türkiyənin probleminə çevrilib?, deyə Davudoğlu bəyan edib. Xatırladaq ki, oktyabrın 10-da Türkiyə və Ermənistan xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində ?Diplomatik münasibətlərin bərpası barədə protokol? və ?İkitərəfli münasibətlərin inkişafı barədə protokol?u imzalayıblar. Bu protokollar Türkiyə və Ermənistan parlamentləri tərəfindən ratifikasiya olunmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA