BMT yanında Daimi Nümayəndəliyimiz erməniləri təkzib etdi

img

26-10-2009 [12:59]


Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata əsasən, cari ilin 20 oktyabr tarixində ?Panarmenian? xəbər agentliyinin yaydığı BMT Baş Assambleyasının Sosial Humanitar və Mədəniyyət məsələləri üzrə Komitəsində (adətən III Komitə adlanır) cari ilin 16 oktyabr tarixində ?Uşaq hüquqlarının təşviq olunması və mühafizə edilməsi? üzrə keçirilmiş dinləmələr zamanı çıxış etmiş Azərbaycan nümayəndəsinin çıxışının kəsilməsi barədə xəbərlər həqiqqə uyğun deyil. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, çu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən məlumat verilib. "Azərbaycan nümayəndəsi öz çıxışını məsələ üzrə BMT çərçivəsində görülmüş fəaliyyətə dair münasibət bildirilməsi və ölkəmizin bu sahə üzrə gördüyü tədbirlər, eləcə də uşaq hüquqların mühafizə olunması xüsusunda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasının digər məlum aspektlərlə yanaşı humanitar baxımdan da ciddi problemlər yaratmasını və bu konteksdə uşaq hüquqlarının pozulması ilə bağlı qarşı tərəfdən ciddi pozuntuların törədilməsi faktını qeyd edərək, çıxışını tam və təfsilatlı şəkildə yekunlaşdırıb"- XİN-in mətbuat xidmətindən verilən məlumatda deyilir. Məlumatda bildirilir ki, qeyd olunan saxtalaşdırılmış məlumatla yanaşı, həmin iclas zamanı Ermənistan nümayəndəsinin də çıxış etməsi sözügedən saxtakarlığa əlavədir. Belə ki, Ermənistan nümayəndəsi ümumi müzakirələrdə çıxış etməyib, yalnız nümayəndə eyətimizin çıxışına cavab bildirib. Azərbaycan nümayəndəsi də öz növbəsində qeyd olunana cavab bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA