Fazil Mustafa növbəti dəfə BQP sədri seçildi

img

26-10-2009 [12:52]


Dünən Böyük Quruluş Partiyasının (BQP) üçüncü - növbəti qurultayı keçirilib. BQP Ali Məclisinin sədri Əjdər Əliyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, qurultayda partiyanın başqanı Fazil Mustafanın və seçkili orqanlarının hesabatı dinlənilib. İctimai-siyasi məsələlərin müzakirəsindən sonra BQP-nin rəhbər orqanlarına seçkilər keçirilib. Ə.Əliyevin sözlərinə görə, F.Mustafa yekdilliklə partiya başqanı seçilib. Sonra Ali Məclisin və Nəzarət Təftiş Komissiyasının tərkibi müəyyənləşib. Qurultayda partiyanın dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun sayılıb və insanların seçkidə iştirakı üçün çağırış edilib. Sonda Türkiyə ilə Azərbaycan arasında son vaxtlar münasibətlərin gərginləşməsi də toplantıda müzakirə edilib və bununla bağlı bəyanat qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA