ALDP imzatoplama kampaniyasını yekunlazdırmaq üzrədir

img

30-10-2009 [02:13]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə partiyanın Sədr Aparatının iclası keçirilib. İclasda dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olunub. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda ALDP-nın səlahiyyətli nümayəndəsi Rəşad Əziz bildirib ki, bu gün seçkilərdə rəsmi iştirakla bağlı partiyanın Mərkəzi Seçki Komissiyasına (MSK) müraciəti qəbul olunub. İclasda namizədlərin imzatoplama kampaniyasının gedişatı ilə bağlı Mərkəzi Seçki Qərargahının (MSQ) rəhbəri Vahid Nəzərov da məlumat verib. Bildirib ki, namizədlərin əksəriyyəti imzatoplama kampaniyasını yekunlaşdırıblar və yaxın günlərdə sənədləri müvafiq DSK-lara təqdim edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA