ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə Bakıya gəlib

img

23-10-2009 [11:09]


ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydenau regiona səfəri çərçivəsində Bakıya gəlib. O, oktyabrın 24-dək davam edəcək səfəri zamanı Azərbaycan rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və biznes strukturları rəhbərləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq, regional münasibətlər və digər məsələlərlə bağlı müzakirələr aparılacaq. Tina Kaydenau bildirib ki, bu, Azərbaycana ilk səfəridir və Bakıda olmasına şaddır: ?Mən buradakı insanlarla tanış olmağı, prezidentiniz, xarici işlər naziri və digər rəsmilərlə görüşü səbirsizliklə gözləyirəm. Biz onlarla bir sıra məsələlər ətrafında danışıqlar aparacağıq. Çalışacam ki, onlara Azərbaycanın bizim üçün strateji vacib bir ölkə olduğunu və münasibətlərimizi yüksək qiymətləndirdiyimizi bir daha çatdırım. Biz bu münasibətləri gələcəkdə daha da inkişaf etdirməyə ümid edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA