Elmar Məmmədyarov Yunanıstanın xarici izlər nazirinin müavinini qəbul edib

img

23-10-2009 [11:04]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın xarici işlər nazirinin müavini Spiridon Kuvelisi qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə Azərbaycan və Yunanıstan arasındakı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli səfərlərin mübadiləsinin və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər, habelə iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi ilə hökumətlərarası komissiya çərçivəsində konkret əməkdaşlıq imkanlarının müzakirəsinin, habelə biznes forumların keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Tərəflər Azərbaycanla Yunanıstan arasında nefq-qaz, xüsusilə bərpa olunan enerji sahəsində əməkdaşlığın perspektivləri, həmçinin regional enerji layihələri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə humanitar və təhsil sahəsində, xüsusilə iki ölkənin diplomatik akademiyaları çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinin Azərbaycan və Yunanıstan arasındakı təmasların daha da sıxlaşmasına öz tövhəsini verəcəyi vurğulayıb. Həmçinin, mədəniyyətin xalqları birləşdirən bir amil olduğunu qeyd edən tərəflər bu sahədə müxtəlif tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA