iqbal Ağazadə Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavinini qəbul edib

img

22-10-2009 [05:44]


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Böyük Britaniyanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müavini Katrin Klevi Ümid Partiyasının mərkəzi qargahında qəbul edib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, görüş zamanı Ümid Partiyasının bu ilin 23 dekabr tarixində keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində iştirakı, parlament fəaliyyəti, habelə son dövrlər aktual olan Ümid-Müsavat münasibətləri müzakirə mövzusu olub. İqbal Ağazadə ingiltərəli diplomatı maraqlandıran suallara cavab verməklə yanaşı, partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı görülən işlər barədə də məlumatlar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA