YAP 16 min namizəd irəli sürüb

img

22-10-2009 [03:46]


Hakim Yeni Azərbaycan Partiyası (YAP) 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində seçki qanunvericiliyinə uyğun bütün zəruri tədbirləri operativ şəkildə həyata keçirməkdədir. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, seçki kampaniyasının hazırkı mərhələsində YAP tərəfindən namizədliyi irəli sürülmüş 16 minə yaxın partiya üzvünün qanunvericiliklə tələb olunan müvafiq sənədləri artıq dairə seçki komissiyalarına təqdim olunub. 22 oktyabr tarixə olan məlumata görə isə YAP tərəfindən namizədliyi irəli sürülmüş 7 min nəfərə yaxın partiya üzvü dairə seçki komissiyalarından imza vərəqələri götürmüş və imzatoplama kampaniyasına başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA