iran Xarici izlər Nazirliyi Azərbaycanla viza rejimini ləğv etmək istəyir

img

22-10-2009 [02:35]


İran Xarici İşlər Nazirliyi bəzi ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə viza rejiminin ləğvi məsələsini hökumətin gündəminə gətirib. "Səhər" kanalının verdiyi xəbərə görə, bu barədə Tehranda jurnalistlərin suallarını cavablandıran İran İslam Respublikası Xarici İşlər Naziri Manuçöhr Mottaki deyib. Manuçöhr Mottaki əlavə edib ki: ?Qanuni icazənin verilməsi barədə xahişi, Nazirlər Kabinetinə təqdim etmişik və dövlətin təsdiqindən sonra, Azərbaycan Respublikası vətəndaşlarının viza almadan İrana daxil olmalarına şərait yaranacaq?. Manuçöhr Mottakinin bildirdiyinə görə, rəsmi Tehran Azərbaycan Respublikasından da İran vətəndaşları üçün viza rejiminin ləğv olunmasını gözləyir. Lakin bu baş verməsə də çox ehtimalla İran Azərbaycan Respublikası ilə viza rejimini birtərəfli ləğv edəcək. qaynar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA