Müxalifət regiondakı vəziyyətlə bağlı qapalı toplantı keçirdi

img

21-10-2009 [05:49]


Müsavat Partiyasının qərargahında bir sıra partiyaların, ictimai təşkilatların rəhbərləri və politoloqların iştirakı ilə birgə qapalı toplantı keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan Azadlıq Patiyasının sədri Əhməd Oruc bildirib ki, toplantıda regiondakı vəziyyət, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, bu kontekstdə Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətlə bağlı müzakirələr aparılıb: ?Toplantıda yarınmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparıldı və müəyyən razılaşmalar əldə olundu. Müzakirənin aparılmasının əsas məqsədi hazırkı durumun dəyərləndirilməsi, bu məsələdə çıxışların və addımların koordinasiya olunması barədə fikir mübadiləsi aparmaq idi. Amma toplantıda bu məsələlərlə bağlı mətbuata açıqlama verməmək barədə razılıq əldə edilib. Mətbuat açıqlamalarının müəyyən problemlər yarada biləcəyini nəzərə alaraq belə bir mövqe qoyuldu?. DUİ yetkilisinin sözlərinə görə, toplantıda Müsavat, Xalq Cəbhəsi partiyalarının rəhbərliyi, Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların rəhbərlərinin iştirak etdiyi bildirilib. ADP sədri Sərdar Cəlaloğlu isə keçirilən toplantıya dəvət olunmamasında ciddi bir səbəb görmür: ?Kim kiminlə müzakirə aparır özü bilər. Bu, o demək deyil ki, harda aş, orda baş olmalıyıq. Keçiriblər-keçirsinlər də, burada elə də təəccüblü bir şey yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA