ALP hakimiyyəti Türkiyə ilə bağlı təmkinli diplomatik addımlar atmağa çağırıb

img

21-10-2009 [04:39]


?Türkiyə Bursa valiliyinin Azərbaycan bayrağının və Azərbaycan rəsmilərinin Şəhidlər Xiyabanındakı Türkiyə bayrağına hörmətsizliyi məyusedici fakt kimi dəyərləndirilir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Azərbaycan Liberal Partiyasının son günlər gündəmdə olan bayraq məsələsi ilə bağlı vediyi bəyanatında qeyd olunub. ALP hesab edir ki, Azərbaycan bayrağına hörmətsizliyə və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair protokola əsaslı etirazları rəsmi Bakı Türkiyə bayrağına qarşı hörmətsizliyə çevirməməli, anti-Türkiyə kampaniyasına yol verməməli idi: ?Unudulmamalıdır ki, 1918-ci ildə Azərbaycan torpaqlarını erməni işğalından azad olunmasında türk əsgəri misilsiz rol oynamışdır. ALP Şəhidlər Xiyabanındakı Türkiyə bayrağının yerinə qaytarılmasını və anti-Türkiyə təbliğatına son qoyulmasını tələb edir. Bununla belə Azərbaycan iqtidarı Türkiyə-Ermənistan sərhədlərin açılmasına dair protokolların ratifikasiya edilməməsi, sərhədlərin açılmaması üçün təmkinli diplomatik addımlar atmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA